AzTU ilə “British Council” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AzTU ilə “British Council” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Dekabrın 7-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
X.Yahudov universitetin elmi potensialı, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. İngilis dilinin dünyada elm dili kimi qəbul olunduğunu deyən X.Yahudov bildirib ki, bu tədris ilindən AzTU-da ingilis dilində təhsilə başlanılıb. Qeyd olunub ki, pilot olaraq radiotexnika və rabitə fakültəsində başlanılan ingilis dillində təhsilin gələcəkdə genişləndirilərək digər fakültələrdə də tətbiq olunması planlaşdırılır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlətlərarası mədəniyyət əlaqələrinin inkişaf etdirilməsinə çalışdıqlarını deyən Samr Şah əməkdaşlıq üçün geniş potensial olduğunu vurğulayıb.
Görüşdə AzTU ilə “British Council” arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

AzTU-nun Mətbuat Xidməti


AzTU ilə “British Council” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Oxşar xəbərlər