Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.
Aşpaz, dərzi, turizm təşkilatçısı, neft və qazçıxarma operatoru, heyvandarlıq mütəxəssisi ixtisaslarına ərizə verənlər üstünlük təşkil edir. İndiyədək 2100-dən artıq müraciət qeydə alınıb.
Xatırladaq ki, ərizələrin qəbulu avqustun 20-dək "ASAN xidmət" mərkəzlərində elektron qaydada aparılacaq.
Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər