
Sentyabrın 19-da reallaşacaq konsertdə gənc dirijor Orxan Həşimov, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano) və Gülnaz İsmayılova (vokal), Səidə Tağızadə (piano), Nəzakət Rimazi (piano), Fəridə Məmmədova (vokal), Elnarə Kəbirlinskaya (piano), Tatyana Qarayusifli (piano) , Aytac Rzaquliyeva (piano) tərəfindən hər iki bəstəkarın əsərləri ifa ediləcək.
Qeyd edək ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
BAM-nin Mətbuat Xidməti