Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan böyük uğurlar qazanıb - Əli Əhmədov

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan böyük uğurlar qazanıb - Əli Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan böyük uğurlar qazanıb:
“Birinci vitse-prezident Mehriban Əliyevanın müasir Azərbaycan siyasətində qadın obrazının formalaşmasında müstəsna rolu var. Hesab edirəm ki, bu, kifayət qədər yüksək nailiyyətdir. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda humanitar, mədəni, beynəlxalq tədbirlərin keçirilməsində böyük əmək sərf edib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Mehriban Əliyeva müstəsna xidmətlər göstərib. YAP Mehriban xanım Əliyevanın uğurlarından qürur hissi keçirir”.

Tehsil-press.az

Oxşar xəbərlər