BDU-nun rektoru Elçin Babayev: Elm və təhsilimizdə universitetin xidmətləri əvəzsizdir

BDU-nun rektoru Elçin Babayev: Elm və təhsilimizdə universitetin xidmətləri əvəzsizdir 100 yaşlı Bakı Dövlət Universiteti (BDU) böyük inkişaf yolu keçib. Elm və təhsilimizdə universitetin xidmətləri əvəzsizdir.
Bu fikirləri BDU-nun rektoru Elçin Babayev jurnalistlərə müsahibəsində deyib. Rektor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı şəhərində Dövlət universitetinin təsis edilməsi haqqında” Qanun qəbul edib. Cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitet elə yarandığı gündən millətin qürur mənbəyinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışan E.Babayev BDU-da elmin, təhsilin inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində səmərəli layihələrin reallaşdırıldığını, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin yeni müstəvidə genişləndirildiyini diqqətə çatdırıb.
Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan rektor ölkəmizdə gənclərə xüsusi qayğı göstərildiyini, onların təhsili üçün bütün lazımi şəraitin yaradıldığını bildirib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər