Səudiyyə Ərəbistanı sentyabrın 27-dən turist vizaları verməyə başlayacaq

Səudiyyə Ərəbistanı sentyabrın 27-dən turist vizaları verməyə başlayacaq Səudiyyə Ərəbistanı 27 sentyabr tarixində xarici vətəndaşlara turist vizaları verməyə başlamağı planlaşdırır.
Bu barədə "Al Arabiya" telekanalı bildirib.
Məlumata əsasən, vizalar 51 dövlətin vətəndaşlarına 90 gün müddətinə veriləcək, icbari tibbi sığorta daxil olmaqla vizanın qiyməti 118 dollar olacaq.
Səudiyyə Ərəbistanı hakimiyyəti onlayn viza prosesinin cəmi bir neçə dəqiqə çəkəcəyini və xarici vətəndaşların bunun üçün səfirliklə əlaqə qurmasına ehtiyac qalmayacağını vəd edir.

Tehsil-press.az

Oxşar xəbərlər