Azərbaycan Rioda 4 yeni idman növü üzrə təmsil olunacaq

Azərbaycan Rioda 4 yeni idman növü üzrə təmsil olunacaq Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edəcək.

Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, onları çoxlu medallarla gözləyirik: "Onlarla 8 saat vaxt fərqimiz var, həm də fəsil fərqi var. Bunun hamısının təsiri var. Komandanın bir hissəsi - cüdoçular oradadır".
A.Rəhimov deyib ki, bu il oyunlarda 18 idman növü üzrə iştirak edirik. Onların 4-ü yenidir.
Nazirin sözlərinə görə, paralimpiyaçılar sentyabrda yola düşəcəklər: "İnanıram ki, paralimpiyaçılarımız çox yüksək nailiyyətlə geri qayıdacaqlar. Olimpiya oyunlarında boyük tərkibdə komanda iştirak edir. Ona görə də Rio-de-Janeyroda Olimpiya Kəndində komandamız xüsusi binada yerləşdiriləcək. Biz bildirmişik ki, həmin binanın tərtibatında bayrağımız və s. rəmzlərimizin hamısı olmalıdır. Avqustun 3-də Olimpiya kəndində idmançıların salamlanması tədbiri keçiriləcək və Azərbaycanın bayrağı qaldırılacaq".


Tehsil-press.az

Oxşar xəbərlər