Litvanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Litvanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib Xarici işlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycana yeni təyin olunan səfiri Eqidius Navikası qəbul edib.
E.Məmmədyarov E.Navikası səfir təyin olunması münasibətilə təbrik edib və Litva səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfir Azərbaycanın regionda apardığı müdrik xarici siyasətini və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, Litva tərəfindən Azərbaycanda həyata keçirilən tvinninq layihələrinin və bu sahədə ölkələrimiz arasında təcrübə mübadiləsinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
E.Navikas etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər