Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin küllayyının surəti əldə edilib

Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin küllayyının surəti əldə edilib AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surətini əldə etmişdir. Buraya şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər, qəsidələr daxil edilmişdir. 294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi qeyd edilmişdir. Təzkirələr göstərir ki, Heydəri gözəl şeirlər müəllifi olmuş, Məkkə və Mədinəni ziyarət etmiş, üç dəfə Hindistana getmiş, orada böyük hörmət qazanmış, sonra vətəninə qayıtmışdır. Üçüncü Böyük Moğol imperatoru, əlli il hakimiyyətdə olmuş Cəlaləddin Məhəmməd Əkbər şaha (1556-1605) həsr etdiyi qəsidəyə görə yüksək məbləğdə - on min rupi mükafat, xalat və bir at almışdır. Heydərinin surətu əldə edilən külliyatında Əkbər şaha həsr edilmiş həmin qəsidə vardır. Şair XVI əsrin sonlarında vəfat etmişdir. Heydərinin müxtəlif münasibətlərlə yazdığı şeirlər dövrün mənzərəsini daha ətraflı təsəvvür etməyə kömək edir.

BSU-nun
Mətbuat Xidməti



Oxşar xəbərlər