
Prezident Vladimir Zelenski tərəfindən təklif olunan qanun layihəsinin lehinə 245 deputat səs verib.
Sənədə əsasən, parlament prezident tərəfindən törədilən dövlətə xəyanət və ya digər cinayət faktlarının araşdırılması üçün xüsusi müvəqqəti istintaq komissiyası yaradacaq.
Prezident də öz növbəsində müdafiəçilərin xidmətlərindən istifadə edə bilər.
Həmçinin, iclasda dövlət sirri açıqlanmayacağı təqdirdə impiçment dinləmələri açıq olmalıdır.
Ali Rada prezidenti ittiham etmək qərarına gəldikdən sonra parlament prezidentin hərəkətlərinin hüquqi keyfiyyətləri və onun hərəkətlərində cinayət əlamətlərinin olub- olmadığını araşdırmaq və dövlət başçısının vəzifəsindən uzaqlaşdırılması barədə qərarın verilməsi üçün Konstitusiya və Ali məhkəməyə müraciət edəcək.
Qərar 3/4 deputat tərəfindən dəstəklənsə qəbul edilmiş sayılır.
Rada impiçment haqqında qərarı qəbul etmədiyi təqdirdə, spiker parlament adından dövlət başçısından üzr istəməli olacaq.
Xatırladaq ki, V. Zelenski prezident seçkiləri kampaniyası dövründə Ukrayna Prezidentinin impiçmenti haqqında qanunun qəbul olunacağını vəd etmişdi.
Tehsil-press.az