“Bakı möhtəşəmdir” - Zara

“Bakı möhtəşəmdir” - Zara “Jara” Beynəlxalq Musiqi Festivalının sonuncu gününün qonaqlarından biri də Rusiyanın əməkdar artisti Zara Mqoyan olub.
Zara açıqlamasında ilk dəfə olduğu Bakının gözəlliyinə heyran qaldığını bildirib:
“İlk dəfədir ki, Bakıda oluram. Bakı çox gözəldir və möhtəşəm şəhərdir. Bu festival dinindən, irqindən, millətindən asılı olmadan bütün insanları birləşdirir. Hər birinizə təşəkkür edirəm. Bakı çox qonaqpərvərdir. Bu festivalda insanlar hər şeyi unudur və xoşbəxt anlar yaşayır”.
Daha sonra səhnəyə çıxan Zara hər kəsi salamlayaraq festivalın təşkilatçısı, xalq artisti Emin Ağalarova təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər