
Rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov və universitetin elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov “Technolab”da startapçı tələbələrlə görüşüblər.
Tələbələr yeni yaradılan laboratoriyada hazırda üzərində çalışdıqları layihələri universitet rəhbərliyinə təqdim edərək, çalışdıqları tədqiqatlar haqqında məlumat veriblər.
Qeyd edək ki, yeni laboratoriyada layihələrin təkmilləşdirilməsi, universitetdə kompüterlər arasında şəbəkənin yaradılması və kompüterlərdə əlavə qurğuların nasazlığının aradan qaldırılması nəzərdə tutulub.
AzTU-nun Mətbuat Xidməti