Yaponiyada dünya ikincisi olan Kənan Arzumanovla - VİDEOMÜSAHİBƏ

Yaponiyada dünya ikincisi olan Kənan Arzumanovla - VİDEOMÜSAHİBƏ Bir neçə gün bundan öncə Yaponiyada "Sənin xəyalının avtomobili-2019" adlı Dünya Uşaq Rəsm Müsabiqəsi keçirilib.
Müsabiqədə azərbaycanlı gənc rəssam 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü Kənan Arzumanov Azərbaycanı uğurla təmsil edib. Belə ki, onun “Eco Speed Toyota” rəsmi münsiflər heyəti tərəfindən gümüş mükafata layiq görülərək dünya ikincisi olub.
Qeyd edək ki, müsabiqəyə 86 ölkə üzrə 100 minə yaxın rəsm işi təqdim olunub, onların arasından 30 ən yaxşı sənət əsəri seçilərək təşkilatçılar tərəfindən mükafatlandırılıb.



Tehsil-press.az


Oxşar xəbərlər