Beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şiterer, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsləhətçisi Qeyrət Şirəliyev iştirak ediblər.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti rəhbərlik etdiyi müəssisə haqqında ətraflı məlumat verib.
Sonra mərkəzin bədii kollektivi tədbir iştirakçıları qarşısında çıxış edib.
Fransada nağıllar mövzusunda keçirilmiş “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən Nərmin Abdullayevanın rəhbərliyi ilə rəsm dərnəyinin üzvləri 17 işlə iştirak ediblər. Səkkiz yaşlı gənc rəssam Dəniz Quliyeva qızıl medala, 16 gənc rəssam isə diploma layiq görülüb.

Mətbuat Xidməti


Beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıbBeynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Oxşar xəbərlər