Son sutka ərzində İstanbulda 200-dək yeraltı təkan qeydə alınıb

Son sutka ərzində İstanbulda 200-dək yeraltı təkan qeydə alınıb Son sutka ərzində İstanbulda 200-dək yeraltı təkan qeydə alınıb.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
Onun sözlərinə görə, ötən gün baş vermiş zəlzələ nəticəsində 473 binaya ziyan dəyib.
Bundan başqa, F.Oktay 34 nəfərin xəsarət aldığını bildirib.
Qeyd edək ki, ötən gün İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.
Sonuncu dəfə sentyabrın 24-də İstanbulda daha bir güclü zəlzələ olmuşdu, yeraltı təkanlar 4,7 bal gücündə qeydə alınmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər