
Bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.
ABŞ prezidentinin dediklərinə görə, yaxın həftələrdə Amerika tərəfi bəzi yeni silah sistemlərini nümayiş etdirə bilər:
"Hazırda biz inanılmaz yeni silahlar hazırlayırıq. Heç kimin xəyal edə bilmədiyi silahlarımız var".
D.Tramp qeyd edib ki, ABŞ nüvə silahlarını inkişaf etdirir və yeniləyir:
"Heç kimin ağlına gəlməyəcəyi sualtı qayıqları qururuq. Ümid edirəm ki, onlardan heç vaxt istifadə etməyəcəyik".
Tehsil-press.az