Bakı Dövlət Universitetində əməkhaqları artırılıb

Bakı Dövlət Universitetində əməkhaqları artırılıb Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə reallaşdırılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb. O, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.
İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU-nun əməkdaşlarının, o cümlədən “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqlarının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.
Artım ümumilikdə universitetin 3000-dən çox əməkdaşına şamil olunub.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər