Muxtar Babayev iş adamları ilə görüşdü

Muxtar Babayev iş adamları ilə görüşdü Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri və palatada təmsil olunan iş adamları ilə görüşü keçirilib.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.
Sonra nazir Muxtar Babayev ətraf mühitin mühafizəsi, ekoturizmin inkişafı, mövcud ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən layihələr və nazirliyin qarşısında duran vəzifələrlə bağlı təqdimatla çıxış edib.
Görüşdə iştirak edən iş adamlarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər