Hind siyasətçidən ağlagəlməz iddia - “İnəklərimizin südündə qızıl var”

Hind siyasətçidən ağlagəlməz iddia - “İnəklərimizin südündə qızıl var” Hindistan Xalq Partiyasının Qərbi Benqal üzrə rəhbəri Dilip Qoş açıqlaması ilə dünya gündəminə çevrilib.
Politoloq qatıldığı tədbirlərin birində hind inəklərinin südündə qızıl olduğunu deyib:
“Hindistandakı inəklərdə xaricdəkilərdən fərqli olaraq xüsusi bir damar var. Bu damar günəş şüaları sayəsində süddən qızıl yaranmasına səbəb olur. Kim bu süddən içsə, varlı və sağlam olacaq. Bu inəkləri qorumaq lazımdır”.
Qoş xarici ölkələrdəki inəklərə ibadət olunarsa, ölkəyə fəlakət gələ biləcəyini də söyləyib. Siyasətçinin bu fikirləri sosial şəbəkədə lağlağıya çevrilib və “ağıldan kənar” adlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər