
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova tədbirin təşkilini yüksək qiymətləndirib və bu kimi tədbirlərin tələbələrin Hind dili və mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratdığını qeyd edib. “Sangat” hind klubunun fəaliyyətindən danışan prorektor klubun daim innovativ addımlarla tələbələrdə bilik və bacarıqların formalaşmasına yardımçı olduğunu deyib.
ADU-nun hind dili müəllimi Roopali Sinha “Sangat” hind klubunun fəaliyyətinə şərait yaratdığına görə ADU rəhbərliyinə minnətdarlığını bildirib. R.Sinha klubun işinə dəstək verdiyinə görə səfir S.Ranaya təşəkkür edib. Klubun fəaliyyətindən danışan R.Sinha məqsədin Hind mədəniyyəti, ənənələri və fəlsəfəsini tanıtmaq olduğunu söyləyib.
Daha sonra R.Taqorun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub, müəllifi olduğu şeirlər və mahnılar, müdrik sözlər səsləndirilib.
Sonda isə Benqal milli rəqsi ifa olunub.
ADU-nun Mətbuat Xidməti


