Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiri oldu

Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiri oldu Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiri olub.
Bunu Tehsil-press.az-a “Bollywood Night” layihəsinin təşkilatçıları deyiblər.
Noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək. Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə keçiriləcək bayramın təşkilatçısı “Full House Entertainment”dır.
F.Ağayev Tehsil-press.az-a bildirib ki, hind kinematoqrafiyası bütün dünyada məşhurdur, bu barədə hətta Amerika Hollivudunun sinoniminin – hind Bollivudunun olması üzrə də hökm vermək mümkündür: “Həqiqətən də Hindistan il ərzində çəkilmiş filmlərin sayına görə birinci yer tutur. Hind filmləri özlərinin hissləri, emosiyaları və mahnıları ilə heyrətləndirir. Filmin hər bir təzahüründə Hindistan ölkəsinin qeyri-adi aləmi hiss olunur. Azərbaycanda hind kinosuna həmişə xüsusi sevgi olub, bir çox aktyor xalqımızın sevimlisinə çevrilib. Böyük Rac Kapur vaxtilə Bakıya gəlib. Yeri gəlmişkən, mən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində oxuyanda müəllimlər bu filmlərə baxmağı təkidlə tövsiyyə edirdilər, çünki rəqs sənəti, mahnılar və aktyorluq məharəti onlarda vəhdət təşkil edirdi”.
“Bollywood Night” hind və Azərbaycanın estrada ulduzlarlarının iştirakı ilə keçiriləcək, iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq. Qonaqlar arasında “hind Madonnası” və “Hindistanın pop-musiqisinin kraliçası” adlandırılan hind estradasının ulduzu Alişa Çinay da var. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.
“Bollywood Night” Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub.
Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & Shopping Festival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.
Daha ətraflı: https://www.facebook.com/bollywoodnight.in/
Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295
Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, “28 Mall”, “Gənclik Mall”, “Asan Xidmət” mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.

Tehsil-press.az

Oxşar xəbərlər