İranın Hormozqan vilayətində 4 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtı ilə saat 03:42-də qeydə alınıb. Məlumata əsasən, yeraltı təkanlarının ocağı 20 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Həştbəndi şəhərindən 45 kilometr məsafədə olub. İnsan itkisi haqda məlumat verilməyib.