Xose Bernardo bıçaqlandı

Xose Bernardo bıçaqlandı Bakının Pirallahı rayonunda restoranların birində bıçaqlanma hadisəsi baş verib.
Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç və 1988-ci il təvəllüdlü Rafael Hüseynov tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo əməliyyat olunub və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.Həkimlərin sözlərinə görə, Bernardonun vəziyyəti qənaətbəxşdir.
R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər