30 yaşlı kişi bıçaqlanıb

30 yaşlı kişi bıçaqlanıb Şəmkirdə bıçaqlanma olub.

Tehsil-press.az xəbər verir ki, rayonun Potanlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Kamran Vahid oğlu sol sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası və daxili qanaxma diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. K. Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər