
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan tarixi inkişafının yeni bir mərhələsinin başlandığını vurğulayıb. Bu sənədin ölkədə insan və vətəndaş hüquq azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdiyini, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığını qeyd edib. Əli Hüseynli həmçinin bu ali qanunun yaradılmasında Bakı Dövlət Universitetinin elm xadimlərinin də müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev beynəlxalq təşkilatların Azərbaycan konstitusiyasına yüksək münasibətindən bəhs edib, ali sənədin qəbulundan sonra Azərbaycanın kifayət qədər beynəlxalq müqavilələrin iştirakçısı, beynəlxalq təşkilatların üzvü olduğunu deyib.
BDU-nun Mətbuat Xidməti
