Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 aprel 2019- cu il tarixli Sərəncamına əsasən görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq respublikamızda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Noyabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) II tədris binasında Azərbaycan filologiyası fakültəsinin, Azərbaycan ədəbiyyatı kafedrasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər Cəfərov məktəbi” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada professor Tahirə Məmmədin “Akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığında klassik irs, romantizm və linqvopoetika problemləri” mövzusunda, dosent Pərvanə İsayevanın “Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin ədəbi yaradıcılığı Məmməd Cəfər Cəfərovun tədqiqatlarında” mövzusunda, dosent Maral Yaqubovanın “Məmməd Cəfər Cəfərovun Qərb bədii irsi və ədəbi-nəzəri fikrinə münasibətinin prinsipləri” mövzusunda, Şəfa Əliyevanın“Nəzəriyyəçi alimin bədii yaradıcılığı” mövzusunda məruzələri dinlənilib. Məruzələr akademik Məmməd Cəfər Cəfərovun çoxcəhətli yaradıcılığını geniş və ətraflı əhatə edib.
Tədbirdə Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev çıxış edərək bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirin sonunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən hazırlanan “Akademik Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” adlı kitabı təqdim edilib. Kitabın bir neçə nüsxəsi BSU-nun kitabxanasına hədiyyə olunub, xatirə şəkli çəkdirilib.

BSU-nun Mətbuat xidməti