Təhsil nazirinin müavini Ucar rayonunda

Təhsil nazirinin müavini Ucar rayonunda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Ucar rayonuna səfər edib.
M.Vəliyeva Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivi ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub.
Sonra cari tədris ilində Ucar rayonunda pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə nazir müavini son illər müəllim əməyinin stimullaşdırılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlərdən danışıb, tövsiyələrini verib.
Daha sonra Ucar Rayon Təhsil Şöbəsində bu qurumun və 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əməkdaşları ilə görüş olub. Görüşdə Məhəbbət Vəliyeva son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdırıb.
Təkliflər dinlənilib, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər