Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Yardımlı rayonunda olub.
Məhəbbət Vəliyeva rayonun Sırıq, Çayüzü, Avaş kənd və şəhər 1 nömrəli tam orta məktəblərində təhsil işçiləri ilə görüşüb.
Nazir müavini Çayüzü kənd tam orta məktəbində məktəbəhazırlıq qrupunda uşaqlarla söhbət edib. Həmin məktəbdə əyani vəsaitlərlə keçirilən fizika dərsində iştirak edən Məhəbbət Vəliyeva dərsin müasir təlim metodları ilə təşkil olunmasından məmnun qaldığını bildirib.
Nazir müavini şəhər 1 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sonra Məhəbbət Vəliyeva rayon Təhsil şöbəsinin inzibati binasına baxış keçirib.

Tehsil-press.az


Oxşar xəbərlər