AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb

AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.
Sərgidə universitetin tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətlisi dəyəri 5 min manatdan baha olan gəmi maketidir. Maketi almaq üçün sahibinə 5 min manat təklif olunsa da, o, əsərini satmaqdan imtina edib.
Sərgidə nümayiş olunan bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli yolla aparılır.
Mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər