ADPU-da "Xəyallar əngəl tanımaz" adlı sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin açılışı keçirilib

ADPU-da Martın 11-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyi ilə həyata keçirilən, ADPU-nun tələbəsi Ləman Vəliyevanın fərdi qrant layihəsi "Xəyallar əngəl tanımaz" adlı sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin açılışı keçirilib.
Tədbirin rəsmi hissəsində ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək açılışı keçirilən bu sərginin çox nəcib bir tələbə ideyasının reallaşmış halı olduğunu vurğuladı, iştirakçı gəncləri salamlayıb, onlara gələcək yaradıcılıq yollarında uğurlar dilədi. Professor F.Rzayev bildirdi ki, sağlamlıq imkanları məhdud olan gənclər qabiliyyət baxımından heç də bizlərdən fərqlənmir və onların cəmiyyətə inteqrasiyası istiqamətində icra olunan belə layihələr təqdirəlayiqdir.
TGT sədri Taleh Budaqov bildirdi ki, TGT ideyası olan hər bir tələbəyə fərdi yanaşma tətbiq edir, universitet rəhbərliyinin də tam dəstəyi ilə onların layihələrinin işlənməsinə və icrasına hərtərəfli zəmin yaradır. Bu gün icra olunan layihə də Gənclər Fondunun XI qrant müsabiqəsindən ADPU tələbələrinin qazandığı 6 layihədən biridir.
Sonra layihə rəhbəri Ləman Vəliyeva çıxış edərək sərgi haqqında ətraflı məlumat verib, bu sərginin sırf sağlamlıq imkanları məhdud olan gənclərin istedadlarını aşkar etmək və onları bir daha cəmiyyətə qazandırmaq məqsədi daşıdığını vurğulayıb. Ardınca iştirakçıların sualları cavablandırılıb.
Daha sonra ADPU-nun 1 nömrəli tədris binasının foyesində layihəyə təqdim edilən sağlamlıq imkanları məhdud olan gənclərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Qonaqlar və iştirakçılar sərgiylə tanış olub, onlara sərgi haqqında maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək və layihənin bağlanışı və mükafatlandırma mərasimi mart ayının 13-də ADPU-da həyata keçiriləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da "Xəyallar əngəl tanımaz" adlı sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin açılışı keçirilib

ADPU-da "Xəyallar əngəl tanımaz" adlı sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin açılışı keçirilib

ADPU-da "Xəyallar əngəl tanımaz" adlı sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin açılışı keçirilib

Oxşar xəbərlər