Əlyazmalar İnstitutunun aliminin məqaləsi İranda Azərbaycan dilində nəşrə başlayan jurnalda dərc olunub
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun “Vəhid Qəzvini və onun türkcə “Divanı” məqaləsi İran İslam Respublikasında 2019-cu ildə Azərbaycan dilində nəşrə başlayan yeni “Azərbaycan araşdırmaları” jurnalın ilk nömrəsində dərc olunub.
Elmi-kütləvi nəşrdə Paşa Kərimovun məqaləsi ilə yanaşı, İranın və Azərbaycanın bir neçə tanınmış aliminin ölkəmizin tarixinə, coğrafiyasına, ədəbiyyatına və etnoqrafiyasına dair maraqlı məqalələri yer alıb.
Tehsil-press.az
- Baxış: 4932
Xəbərin tarixi: 21.11.2019 / 15:27
-
Oxşar xəbərlər