Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilir

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilir Noyabrın 25-də Bakı Konqres Mərkəzində “Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilir.
Forumun əsas məqsədi “Universitet – məzun” münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir.
Məzun Forumunda qloballaşan dünyada universitetlərin rolu, yeni çağırışlar və gözləntilər, universitet məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunacaq. Forumun iştirakçıları və çıxışçılar müxtəlif illərdə universiteti bitirmiş məzunlardır. Forumda, eyni zamanda, Bakı Dövlət Universitetinin Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB və digər regionlardan olan məzunları, müxtəlif təşkilatların və birliklərin nümayəndələri iştirak edirlər.
BDU-nun forum qarşısında duran əsas vəzifəsi müxtəlif ölkələrdən olan məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində “Beynəlxalq Məzun Assosiasiyası” yaratmaqdan ibarətdir.
Xatırladaq ki, mövcud olduğu 100 ildə BDU-nun 175 mindən çox məzunu olub. Onların arasında nazirlər, komitə sədrləri, deputatlar, alimlər, ABŞ-dan Cənubi Koreyaya qədər müxtəlif ölkələrdə fəaliyyət göstərən məzunlar var.

Tehsil-press.az

Oxşar xəbərlər