Brüsseldə keçirilən seminarda Azərbaycanın inklüziv təhsildə uğurları qeyd olunub

Brüsseldə keçirilən seminarda Azərbaycanın inklüziv təhsildə uğurları qeyd olunub “Erasmus+” ofisi nəzdində ali təhsil islahatları üzrə ekspertlər qrupunun nümayəndələri - Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə və Xəzər Universitetinin strateji inkişaf şöbəsinin müdiri Raziyə İsayeva Brüsselin VUB Universitetinin bazasında Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində təşkil edilmiş seminarda iştirak ediblər.
Seminarın mövzusu “İnklüziv kateqoriyalı tələbələrin mobilliyi: yaxşı niyyətlərdən ölçülən nəticələrə” olub.
N.Abbaszadə öz çıxışında qanunvericilik bazasında məhdud fiziki imkanları olan uşaqların təhsilini dəstəkləyən son dəyişikliklər barədə məlumat verib. Məruzəçi, 2017-ci il razılaşmalarına əsasən Aİ-nin maliyyələşdirdiyi layihədən bəhs edib. O, həmçinin bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində resurs mərkəzi açılıb və inklüziv təhsil üzrə tədris və pedaqoqların hazırlanması planı tərtib olunub.
Diskussiyaların gedişində başqa ölkələrdən olan ekspertlər etiraf ediblər ki, Azərbaycan öz hüquqi bazasında təkcə öz regionunda deyil, Şərq Tərəfdaşlığı ölkələri arasında da uğur qazanıb. Həmçinin qeyd olunub ki, xarici dillərin tədrisi Azərbaycan dövlətinin diqqət mərkəzindədir, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi isə ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birlikdə bu istiqamətdə pilot layihələr həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər