Albaniyada baş verən zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb

Albaniyada baş verən zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb Albaniyada dağıntılara səbəb olan zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb.
Bu barədə "Albanian Daily News" Müdafiə Nazirliyinə istinadən bildirib.
Oktyabrın 25-də Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların verdiyi məlumata görə, 5 baldan yuxarı bir sıra ard-arda zəlzələlər baş verib.
Bildirilib ki, dağıntılardan 42 nəfər xilas edilib, Durres və Tumane şəhərində xilasetmə əməliyyatı davam edir.
Nüfuzlu Albaniya kanalı "Top сhannel" qeyri-rəsmi olaraq 21 ölü olduğunu qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər