Floridada polislərlə cinayətkarlar arasında atışma olub, ölənlər var

Floridada polislərlə cinayətkarlar arasında atışma olub, ölənlər var ABŞ-ın Florida ştatında polislərə cinayətkarlar arasında atışma baş verib.
İki nəfər zərgərlik mağazasını qarət etməyə, daha sonra "UPS" şirkətinin yük maşınını oğurlamağa çalışıblar. Onlar yük maşınının sürücüsünü girov götürüblər və hadisə yerinə gələn polislərə atış açmağa başlayıblar.
Bildirilir ki, atışma zamanı cinayətkarlar polislər tərəfindən güllələnib. Bundan əlavə girov götürülən şəxs və insident baş verən ərazidən keçən dinc sakin də həlak olublar.
İlkin məlumata əsasən, polislər arasında ölən və yaralanan olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər