BDU-nun Hindistan universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BDU-nun Hindistan universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə rektor Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışıb.
Səfir Bavitlunq Vanlalvavna Hindistan universitetləri və tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində fikirlərini bildirib.
Görüşdə tələbə-müəllim mübadiləsi, Hindistanın elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların qurulması, BDU-da Hindistan Mədəniyyət Mərkəzinin açılması, bu ölkənin milli mədəniyyət günlərinin, festivallarının keçirilməsi, filmlərinin nümayişi, sərgilərinin təşkili kimi məsələlər müzakirə olunub.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər