Ermənistan ordusunun bölmələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan ordusunun bölmələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Krasnoselsk rayonunun Cil kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Tehsil-press.az

Oxşar xəbərlər