Sürücünü bıçaqla hədələyərək avtomobilini vurub hadisə yerindən uzaqlaşan şəxs tutulub

Sürücünü bıçaqla hədələyərək avtomobilini vurub hadisə yerindən uzaqlaşan şəxs tutulub Yanvarın 5-də saat 23 radələrində F.X.Xoyski küçəsində “Toyota” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Baxşıyevi bıçaqla hədələməsi, “Mercedes” markalı avtomobilini təpiklə əzməsi, habelə idarə etdiyi nəqliyyat vasitəsi ilə onun avtomobilini vurub hadisə yerini tərk etməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə məlumat daxil olub.
Dərhal Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər