Seçkilərlə əlaqədar MSK-a şikayətlərin sayında azalma var - Məzahir Pənahov

Seçkilərlə əlaqədar MSK-a şikayətlərin sayında azalma var - Məzahir Pənahov Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlərin sayı azdır.
Bunu MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun olan şikayətlərin sayı deyil, ümumilikdə şikayətlərin sayında azalma müşahidə olunur: "Bəzi şikayətlər var ki, biz istəsək də, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nın iclasında müzakirəyə çıxarıla bilməz. Belə şikayətlər də daxil olmaqla, MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib".
M.Pənahov bildirib ki, parlament seçkilərində iştirak üçün rekord sayda namizədlərin qeydə alınması müsbət haldır:
"Görünür ki, artıq insanlar cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. İctimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".

Tehsil-press.az

Oxşar xəbərlər