Xəzər Universitetində “Python ilə məlumat” seminarları yekunlaşıb

Xəzər Universitetində “Python ilə məlumat” seminarları yekunlaşıb Xəzər Universitetində keçirilən “Python ilə məlumat” silsilə elmi seminarlar başa çatıb. Seminarlarda Xəzər Universiteti ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələri də iştirak ediblər.
5-dən çox seminarda iştirak edən və layihələrdə fəallıq göstərən şəxslərə təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Hassan Niknafs Xəzər Universiteti adından sertifikatları təqdim edib.
Xatırladaq ki, həvəskarlar, müəllim və tələbə heyəti üçün nəzərdə tutulan, 2019-cu il noyabrın 29-dan başlanan “Python ilə məlumat” elmi seminarları hər bazar ertəsi və cümə günləri daxil olmaqla, təxminən 50 saat davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər