Qərbi Kaspi Universitetində türkiyəli professorun seminarları təşkil ediləcək

Qərbi Kaspi Universitetində türkiyəli professorun seminarları təşkil ediləcək Sentyabrın 10-dan 14-dək Qərbi Kaspi Universitetində türkiyəli professor Əhməd Mutlu Gözlərin seminarları təşkil ediləcək.
Əsası 1972-ci ildə qoyulan Rizə Texniki Universitetinin (indiki Rəcəb Tayyib Ərdoğan Universiteti) su məhsulları fakültəsinin müəllimi, professor Əhməd Mutlu Gözlər Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri Məktəbinin müəllimləri və magistrləri üçün mühazirə oxuyacaq.
Seminarlarda “Türkiyədə balıqçılığın və su bioresurslarının yetişdirilməsi” və “Qara dənizin Türkiyə sahillərinin ekologiyası” mövzuları barədə məlumat veriləcək. Eyni zamanda, biologiya, ekologiya, su bioehtiyatları və akvabitkilər ixtisasları üzrə tədrisin təşkili ilə bağlı müzakirələr aparılacaq, türkiyəli professor ölkəsinin bu sahədəki təcrübəsini iştirakçılarla bölüşəcək.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti və Rəcəb Tayyib Ərdoğan Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılır.

Mətbuat Xidməti

Oxşar xəbərlər