“AzTU-da bir gün” infoturları davam edir

“AzTU-da bir gün” infoturları davam edir Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” infoturları davam edir. Bakının 10 və 76 saylı tam orta məktəblərinin şagirdləri, Bakı Texniki Kollecinin tələbələri AzTU-da olublar.
İnfoturda məqsəd ali texniki təhsilə olan marağı gücləndirməkdir.
Qeyd edək ki, ilin əvvəlindən başlanan ekskursiyalarda paytaxtın 8 orta məktəbinin şagirdləri, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri də iştirak ediblər.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər