“İxtiraçılar klubu”nun üzvləri yeni layihələrini təqdim ediblər

“İxtiraçılar klubu”nun üzvləri yeni layihələrini təqdim ediblər Azərbaycan Texniki Universitetində (AzTU) xüsusi texnika və texnologiya fakültəsinin tələbələri yeni layihələrinin təqdimatını keçiriblər.
Fakültənin nəzdində fəaliyyət göstərən “İxtiraçılar klubu”nun 4 üzvü - Murad Qurbanov, Fərhad Mütdəliyev, İbrahim Əbüləzizli və Sadiq Əhmədov sadə formada 3 koordinatlı CNC dəzgahlarının və "AzTU" adlandırdıqları robotun modelini layihələşdiriblər.
Tədbirdə müəllif-tələbələr CNC dəzgahlarının və "AzTU" robotunun modelini canlı görüntülərlə nümayiş etdiriblər.
Qeyd olunub ki, CNC (Rəqəmsal Proqram İdarəetməsi-Computer Numerical Control) dəzgahları kompüterdə layihələşdirilmiş məmulatların tez və keyfiyyətli şəkildə əldə olunmasına imkan verir. "AzTU" robotu isə ona verilən sualları cavablandıracaq.
AzTU-nun rektor vəzifəsini icra edən Xalıq Yahudov tələbələri uğurlu layihələrinə görə təbrik edib. O, universitet tərəfindən onlara dəstək veriləcəyini bildirib.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər