Daxili İşlər Nazirliyinin kursantları AzTU-da olublar

Daxili İşlər Nazirliyinin kursantları AzTU-da olublar Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Azərbaycan Texniki Universiteti (AzTU) arasında informasiya təhlükəsizliyinə dair əməkdaşlıq müqaviləsi çərçivəsində akademiyanın informasiya təhlükəsizliyi ixtisasında təhsil alan bir qrup tələbəsi oktyabrın 7-də AzTU-da olub.
Kursantlar imtahan otaqları, laboratoriyalar, muzeylər, server otaqları, telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi kafedrası ilə tanış olublar.
Daha sonra tələbələrin iştirakı ilə görüş keçirilib. Görüşdə Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi kafedrasının müdiri Mehman Həsənovun “Azərbaycanın ağıllı şəhərlərinin və təhlükəsizliyinin inkişafı üçün innovasiyalar” mövzusunda məruzəsi dinlənilib. Məruzədə gələcəyin ən müasir texnologiyaları haqqında məlumat verilib.
Qeyd edək ki, kursantlar Polis Akademiyası rəisinin tədris işləri üzrə müşaviri Səməd Hümbətov, tədris şöbəsinin inspektoru Rüfət Abdullayev və texniki şöbənin baş inspektoru Xaliq Piriyevin rəhbərliyi ilə AzTU-da olublar.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər