“Vikipediya” yeni rekorda nail olub

“Vikipediya” yeni rekorda nail olub “Vikipediya”nın ingilis versiyası növbəti rekorda nail olub.
İngilis dilində altı milyonuncu məqalə dərc edilib. Məqalə XIX əsr kanadalı məktəb müəllimi, səyyah və fantastik əsərlər müəllifi Maria Elise Turner Lauderə həsr olunub.
Qeyd edək ki, digər dillərdəki məqalələrin sayı hələ də ingilisdilli məqalələrdən geri qalır. Məsələn, hazırda “Vikipediya”nın rus dilindəki versiyasında 1,59 milyondan çox məqalə var. Alman və fransız “Vikipediya”sında isə müvafiq olaraq 2,3 və 2,1 milyon məqalə yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər