Doktorant və dissertant olmaq istəyən 1489 namizəddən 724-ü müsabiqə şərtlərini ödəyib

Doktorant və dissertant olmaq istəyən 1489 namizəddən 724-ü müsabiqə şərtlərini ödəyib Yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün keçirilmiş xarici dil üzrə imtahanda 1489 namizəd iştirak edib. Otuz nəfər imtahana gəlməyib. Bir nəfərdə mobil telefon, bir nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər.
İmtahanın nəticələrinə əsasən, 724 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
Xatırladaq ki, bundan əvvəl DİM-ə müvafiq sertifikatını təqdim etmiş 36 namizəd xarici dil imtahanından azad olunmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər