“Adam tapa bilmirlər, seçkidə qələbədən danışırlar” - Siyavuş Novruzov+Video

“Adam tapa bilmirlər, seçkidə qələbədən danışırlar” - Siyavuş Novruzov+Video 5 saylı Şahbuz-Babək seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Siyavuş Novruzov müsahibə verib.
YAP-ın icra katibinin müavini müsahibəsində təbliğat-təşviqat kampaniyası zamanı bütün namizədlər üçün bərabər şərait yaradıldığını bildirib.
"İmza toplayıb müvafiq sənədləri təqdim edən hər kəsin namizədliyi qeydə alınıb. İmzatoplama mərhələsində bir dənə də olsun şikayət daxil olmayıb. Bəzi siyasi partiyalar və fərdlər var ki, şou düzəltməyə çalışırlar. Təsəvvür edin, özünə səlahiyyətli nümayəndə tapa bilməyən çıxış edir ki, seçkilərdə qələbə qazanacağam. Halbuki seçkilərə komanda şəkilində getmək lazımdır. 30-35 məntəqədə müşahidə aparmaq üçün 50 nəfərə yaxın seçki qərargahının üzvləri tələb olunur. Bunlar iki namizəd, biri onun səlahiyyətli nümayəndəsidir, o birisi bunun. Üçüncü adam tapa bilmirlər, seçkidə qələbədən danışırlar".



Tehsil-press.az

Oxşar xəbərlər