İtkin düşən 3 nəfər tapılıb

İtkin düşən 3 nəfər tapılıb Bakı Şəhər Baş Polis İdarəsi dünən paytaxtda baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də 9 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər