Bakıda 1 gündə axtarışda olan 13 nəfər saxlanıldı

Bakıda 1 gündə axtarışda olan 13 nəfər saxlanıldı Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də 23 cinayətin üstü açılıb.
Onlardan 8 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər