Yeni Peşə Təhsil Mərkəzi işə qəbul elan edib

Yeni Peşə Təhsil Mərkəzi işə qəbul elan edib Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyən namizədlər üçün işə qəbul prosesi həyata keçirilir.
İnformasiya kommunikasiya texnologiyaları, avtomatlaşdırma, tikinti, mexanika, elektronika, elektrotexnika, sənaye quraşdırma və avtomobil ixtisasları üzrə təşkil edilən işə qəbul prosesi fevralın 28-dək davam edəcək.
Müəllim və ya müəllim köməkçisi işləmək istəyən namizədlər yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsilə, sənaye təcrübəsinə, Azərbaycan, rus və ingilis dili biliklərinə malik olmalıdırlar.
Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcək.
Namizədlər CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini “Mövzu” hissəsində qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Xatırladaq ki, ən son texnoloji imkanlara malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında qurulan müasir təhsil kompleksidir.

Tehsil-press.az

Oxşar xəbərlər